
Keniyanın Somali ilə sərhədə yaxın ərazidə xəstəxana tikintisində işləyən 4 inşaat işçisi silahlılar tərəfindən öldürülüb.
Belə ki, insidentin baş verdiyi tikinti sahəsi Keniyanın ən böyük qaçqın düşərgəsi olan Dadaab, “Əl-Şəbab” silahlı qruplaşmasının yerləşdiyi Somali ilə sərhəd yaxınlığında yerləşir.
Yerli polis bildirib ki, hücumu əvvəllər podratçıya xəbərdarlıq edən silahlı qrup həyata keçirib.