Kəngərli rayonunda iki həftə öncə ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 47 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.

Hadisə fevralın 4-də Naxçıvan-Sədərək magistralının Qıvraq qəsəbəsi ərazisində baş vermişdi. Qəza zamanı Kəngərli rayon Qıvraq qəsəbə sakinləri 1978-ci il təvəllüdlü Rzayev Nəsimi Nizaməddin oğlu və onu həyat yoldaşı, 1982-ci təvəllüdlü Rzayeva Günay Ələkbər qızı xəsarət almışdı.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən və koma vəziyyətində olan N.Rzayev bu gün xəstəxanada vəfat edib.

İstinadlar Report