Rumıniya işğaldan azad edilmiş ərazilərdə istifadə edilməsi üçün yeni texnologiyaları Azərbaycan ilə bölüşməyə hazırdır.

Bunu “Report”a Rumıniyanın kənd təsərrüfatı naziri Adrian Kesnoyu bildirib.

“Rumıniya taxıl istehsalçısıdır. Ölkəmizdə taxıl emalı sektoru yaxşı inkişaf edib. Biz Azərbaycan ilə birlikdə işləyə, işğaldan azad edilmiş ərazilərdə istifadə edilməsi üçün təcrübəmizi və yeni texnologiyaları bölüşə bilərik”, – nazir deyib.

O əlavə edib ki, dünya ərzaq məsələsində çətinliklərlə üzləşdiyi bir zamanda Rumıniya və Azərbaycan mərhələli şəkildə əməkdaşlıq imkanlarını müəyyən etməlidir.

“Rumıniya Azərbaycan üçün yaxşı tərəfdaşdır. Ölkəmizin Konstansa limanı Avropa bazarlarının əsas qapısıdır”, – A. Kesnoyu bildirib.

İstinadlar Report