Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin höküm ilə C.Cəfərov 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Onunla birgə həbs edilən Tacəddin Novruzov və Natiq Kərimova 8 il 6 ay, Eynulla Novruzov, Məhəmməd Musayev, Mətləb Allahverdiyev və Rəcəb Hüseynova 8 il 3 ay, Sərvər Məmmədova 2 il 6 ay həbs cəzası verilib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, rüşvət almaqda ittiham edilib.

İstinadlar Qafqazinfo