Rusiya Prezidenti Vladimir Putinin mayın 9-da Ukrayna ilə atəşkəs təklifi absurddur. Atışmanı ən azı 30 gün müddətinə dayandırmaq lazımdır.

Bu barədə “Fox News” telekanalında açıqlamasında ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.

“Üçgünlük atəşkəs ideyası absurddur. Prezident Tramp daimi, hərtərəfli – quruda, havada, dənizdə, o cümlədən infrastrukturda – ən azı 30 gün müddətinə, uzadılma imkanı ilə, atəşkəs olmasını istəyir”, – o deyib.

Kelloq xatırladıb ki, Ukrayna artıq belə bir təkliflə razılaşıb və indi növbə Rusiya tərəfindədir.

İstinadlar Report