
Rusiya ərazi güzəştlərinə getməli, silahlı qüvvələrini azaltmalı və gələcəkdə onlardan istifadədən imtina etməlidir.
Bunu ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bildirib.
Onun sözlərinə görə, “Ukrayna da güzəştə gedə bilər”. Bundan başqa, Kelloq Rusiyaya qarşı sanksiyaların hazırda nə dərəcədə effektiv olduğunu qiymətləndirib.