Ukraynanın müttəfiqləri hazırda təhlükəsizlik təminatlarının müxtəlif variantları üzərində işləyirlər. Lakin yekun qərarı ABŞ Prezidenti Donald Tramp verəcək.

Bunu şənbə günü Münxen Təhlükəsizlik Konfransında çıxış edən ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

Onun sözlərinə görə, Münxen Konfransına səfərinin səbəblərindən biri də müttəfiqlərlə Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməkdir. Bundan sonra Kelloq ABŞ-yə qayıdacaq və bu fikirləri Trampa təqdim edəcək.

İstinadlar Report