
Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə sülh razılaşmasına məcbur etməyəcək.
Bunu ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq Brüsseldə NATO-nun mənzil-qərargahında keçirilmiş mətbuat konfransında bildirib.
“Heç kim Volodimir Zelenskiyə sülh razılaşmasına məcbur etməyəcək”, – o söyləyib.
Kelloq həmçinin qeyd edib ki, bu həftə Kiyevə səfər etmək və Ukrayna lideri ilə görüşmək niyyətindədir.
Xüsusi elçi vurğulayıb ki, Ukrayna ilə bağlı danışıqlarda iştirak etməkdə israr edən Avropa müttəfiqləri ilə danışsa da, “hamını danışıqlar masasına oturtmaq mümkün deyil”.