Kəlbəcər rayonu Comərt kəndində ağır yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü deyilən sürücünün meyiti tapılmayıb.

Məlumata görə, nəqliyyat vasitəsinin sürücüsü R.Şahbazovun meytini sel suları aparıb.

Qeyd edək ki, bu gecə rayonun Comərt kəndində “HOVO” markalı yük avtomobilinin idarəetmədən çıxaraq çaya aşması nəticəsində Göyçay rayon sakini, 1998-ci il təvəllüdlü Bəhram Sadıqov və Şirvan rayon sakini, 1981-ci il təvəllüdlü Rahim Şahbazov vəfat ediblər.

Onlar Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Kəlbəcərdə yük maşınının çaya aşması nəticəsində selin apardığı sürücünün meyiti tapılıb.

Bunu “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. 

Onun sözlərinə görə, aparılan axtarışlar nəticəsində ölən sürücü Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İstinadlar Qafqazinfo