Kəlbəcər rayonu ərazisində ağır yol qəzası baş verib.

Vəng kəndi ərazisində “VAZ 21 099” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.

Nəticədə tikinti şirkətlərindən birində çalışan sürücü 1979-cu il təvəllüdlü Rəsul Quliyev hadisə nəticəsində ölüb. Sərnişin M.Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə Kəlbcər RPŞ-nin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.

İstinadlar APA