ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması ölkənin İran və Rusiya ilə münasibətlərini pisləşdirəcək.

Bunu Ermənistanın Respublikaçılar Partiyasının nümayəndəsi Eduard Şarmazanov bildirib.

“Ermənistan-ABŞ strateji tərəfdaşlığı haqqında xartiyanın imzalanması bizə heç nə verməyəcək, əksinə İran və Rusiya ilə münasibətləri pisləşdirəcək”, – o bildirib.

E.Şarmazanov, həmçinin qeyd edib ki, “mümkün ABŞ-İran münaqişəsi” halında ABŞ ilə belə bir sazişin imzalanması Ermənistan üçün ciddi problemlər yaradacaq: !Belə birmənalı olmayan geosiyasi vəziyyətdə Rusiya və İranla münasibətləri korlamaq sadəcə axmaqlıqdır”.

İstinadlar Report