Bir müddət əvvəl əvvəl öz ərizəsi ilə Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən çıxan Rövşən Süleymanova yeni vəzifə verilib.

Məlumata görə, R.Süleymanov Prezident Administrasiyasının İşlər İdarəsində bu həftədən işə başlayıb.

Qeyd edək ki, R.Süleymanov 2019-cu ildə Səbail RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.

Nizam Rza