Keçmiş məhkum Bakı sakininin bank hesabından 800 manat oğurlayıb.

Bu barədə Daxili İşlər NAzirliyindən məlumat verilib.

Bildirilib ki, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə iyunun 22-də Bakı şəhər sakini A.Cumayevin bank hesabından 800 manatının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş V.Hüseynov müəyyən edilərək saxlanılıb.

İstinadlar Report