“Torpaqlarımız işğal ediləndən sonra müxtəlif yerlərdə məskunlaşmışdım. Yaşayış şəraitimiz yaxşı deyildi. Bu gün isə bizə Sarıcalı kəndində gözəl həyəti olan ev verəcəklər. Ailəmlə birgə orada firavan yaşayacağam”.
Bu sözləri bu gün Ağdam rayonunun Sarıcalı kəndinə köç edən keçmiş məcburi köçkün Əliyev Sərvər deyib.