
Xəbər verdiyimiz kimi, dünya futbolunun sabiq ulduzu, “İnter” (Mayami) klubunun sahibi Devid Bekhem oğlu Romeo ilə birlikdə fevralın 3-ü Türkiyədə olub.
Türkiyəli mütəxəssis Fatih Terimin qızı Buse Terim Devid Bekhem ilə görüşərək onunla xatirə fotosu çəkdirib.
Şəkli öz instaqram hesabında paylaşan gənc qız bildirib: “Buna nail olduğumu deyə bilərikmi?”
Qeyd edək ki, Buse ötən il İtaliyada qarşılaşdığı Devid Bekhemlə şəkil çəkdirmək istəsə də, rədd cavabı almışdı. O bu barədə sosial şəbəkədə paylaşım edərək, “Bekhem necə də vecinə almadı…”, – deyə yazmışdı.