Suriyada nəzərəçarpan irəliləyiş olacağı təqdirdə Avropa İttifaqı (Aİ) Dəməşqə qarşı sanksiyaları yumşalda bilər.

Bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas (Kaja Kallas) “X”də yazıb.

O bildirib ki, Romada Suriya üçün keçid dövrünün koordinasiyası məqsədilə “Quint” görüşünə qatılıb.

“Almaniya, Fransa, İtaliya, Böyük Britaniya və ABŞ ilə birlikdə bütün azlıqları qoruyan inklüziv hökumətin vacibliyini təsdiq etdik. Əgər real irəliləyiş olarsa, Avropa İttifaqı tədricən sanksiyaları yüngülləşdirə bilər”,-K.Kallas vurğulayıb.

İstinadlar Report