Keçmiş katibəsi Armine Muradyanla evlənən Ermənistanın müdafiə naziri Suren Papikyanın pandemiya şəraitində özünə dəbdəbəli toy etməsi müxalifətin etirazına səbəb olub.

Müxalifətçi deputat Arqenaz Manukyan parlament iclasında məsələni qabardaraq suallar ünvanlayıb.

O, Papikyanın daha əvvəl lentə alınmış dəbdəbəli toy mərasimlərindən çəkinməyə çağırdığı səs yazısını işə salıb. Çünki nazir belə hadisələrin koronavirusun yayılmasına kömək etdiyini bildirirdi. Manukyan qeyd edib ki, öz iddiasının əksinə olaraq, Papikyan hətta keçmiş “oliqarx rejim” nümayəndələrinin belə öhdəsindən gələ bilməyəcəyi məclis keçirib.

Deputat Papikyanın toyunda nə qədər qonağın peyvənd olunduğunu soruşub. Belə ki, çünki yanvarın 22-də Ermənistanda COVID-19-a qarşı peyvənd olunmamış vətəndaşlar üçün əyləncə məkanlarına getməyə dair məhdudiyyət qüvvəyə minib.

“Bu toydan korrupsiya riskləri iyi gəlir, hansı ki, Qərbdən maliyyə alan fəallar da, ombudsman vəzifəsinə namizəd də bu haqda susurlar”, – Manukyan bildirib.

Qeyd edək ki, Suren Papikyanla onun keçmiş katibəsi Armine Muradyanın toyu yanvarın 22-də Geqard monastırında olub. Toy “Çiçəklənən Ermənistan” partiyasının lideri,  biznesmen Qaqik Tsarukyana məxsus “Firon” restoranında davam edib. Tədbirdə Ermənistanın Baş naziri Nikol Paşinyan da daxil olmaqla bir neçə yüz nəfər iştirak edib.