Ötən gün Kataloniyada müstəqillik tərəfdarlarının keçirdiyi etiraz aksiyaları zamanı azı 182 nəfər xəsarət alıb.

Bunların 152 nəfəri Barselonanın payına düşür.

Ötən gün ümumi tətil elan edildiyi Kataloniyanın müxtəlif şəhərlərində, xüsusilə də paytaxt Barselonada kütləvi mitinqlər keçirilib. Barselona şəhər polis idarəsi qarşısındakı etiraz aksiyası zamanı nümayiçşçilərlə polis arasında qarşıdurma baş verib. Nümayişçilərə qarşı bibər qazı tətbiq edən polis hadisələr başlayandan ilk dəfə olaraq su şırnaqlarından da istifadə edib.

İlkin məlumata görə, ötən gün azı 52 nəfər saxlanılıb.

Xatırladaq ki, İspaniya Ali Məhkəməsi 2017-ci ildə Kataloniyanın müstəqilliyinə dair referendum keçirilməsinə görə muxtariyyatın keçmiş 9 rəsmi şəxs barəsində 9-13 il həbs cəzası barədə hökm verdiyindən sonra oktyabrın 14-dən regionda silsilə etiraz aksiyaları keçirilir.

İstinadlar Report