Bu gün səhər saatlarında İspaniyanın Kataloniya vilayətində radikal müstəqillik tərəfdarı olan Respublikanın Müdafiəsi Komitəsinin nümayəndələri Mataro – Barselona dəmir yolunu bağlayıblar.

Bununla yanaşı, Barselona ilə Girona arasında ötən gün etirazçılar tərəfindən sökülən yolları səhərədək bərpa etmək mümkün olmadığından iki şəhər arasında sürət qatarlarının hərəkəti də hələlik bərpa edilməyib. Bir sıra başqa yollarda da hərəkət dayandırılıb.

Həmçinin Barselonaya gedən bir sıra avtomobil yollarında da hərəkət çətinləşib.

Xatırladaq ki, ötən gün İspaniya Ali Məhkəməsi Kataloniyanın sabiq rəsmi şəxslərindən doqquz nəfəri 9-13 il müddətinə həbs cəzasına məhkum edib. Bu qərara etiraz edən Kataloniyanın radikal millətçi təşkilatları “Tsunami” demokratik hərəkata başladıqlarını açıqlayaraq region boyu kütləvi etiraz aksiyaları keçirirlər. Həmin aksiyalar zamanı xəsarət alanların sayı 130-ə çatıb.

İstinadlar Report