Qazaxıstanda keçirilmiş prezident seçkilərini qazanan Kasım-Jomart Tokayevin andiçimə mərasimi keçirilib və o, dövlət başçısı vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, Qazaxıstanda sayca 9-cu prezident seçkiləri bu il iyunun 9-da keçirilib.Ölkənin ilk prezidenti Nursultan Nazarbayevin rəhbərlik etdiyi “Nur Otan” Partiyasından namizədliyi irəli sürülmüş Tokayev 70,96% səslə seçkilərdə qalib gəlib.