Tanınmış meyxanaçı Ələkbər Yasamallı sosial şəbəkədə intihar edən bacısı oğlu Şamxalın fotolarını paylaşıb. 

İfaçı şəkillərə şərh yazaraq çox kədərləndiyini bildirib:

“Əsgər gəlməyini həsrətlə gözləyirdim ki, mənə qardaş olasan! Amma bilsəydim ki, faciəvi şəkildə öləcəksən, sənə əsgərlikdə olanda sənə şəhid olmağı arzu edərdim. Hansı ki, ana, ata övladına dili gəlmir şəhid deməyə. Kaş ki, şəhid olardın, girərdik Şəhidlər Xiyabanına baxardı ki, yüzlərlə, minlərlə oğlan yatır orada, amma o təsirli olardı, vətən sağ olsun. Başımız sağ olsun. Amma inanma ki, dayı səndən sonra sağ olsun. Yoxluğuna hələ də inana bilmirəm”.

Qeyd edək ki,  yanvarın 19-da söz ustadının bacısı oğlu 21 yaşlı Niftəliyev Şamxal yaşadığı evdə özünü asıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri həyata keçirilir.

İstinadlar Y/sbh