“Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycan və Ermənistan arasında sərhədin tezliklə delimitasiyasına tərəfdardır”.

Bunu ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) daimi nümayəndəsi Maykl Karpenter brifinqdə deyib.

“ABŞ Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında çox maraqlıdır və biz hər iki ölkənin nazirlərini və liderlərini bir araya gətirmək yollarını axtarmağa davam edəcəyik. Heç kimə sirr deyil ki, biz bu məsələdə Aİ-dəki tərəfdaşlarımızla çox sıx əməkdaşlıq edirik”, – o bildirib.

Daimi nümayəndənin sözlərinə görə, ABŞ bölgəyə sülh və sabitliyin qayıtmasını, insan hüquqlarının və bu regionda yaşayan bütün insanların təhlükəsizliyinin təmin edilməsini istəyir.

İstinadlar Report