Qubada karantin rejimini pozaraq fəaliyyət göstərən obyektlər aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları axşam saatlarında inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən otel aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Akif Babayev, orada çalışan iki işçi və 8 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Keçirilmiş digər bir tədbir zamanı rayon ərazisində qaydaları pozaraq fəaliyyət göstərən tikinti materialları mağazası aşkarlanıb. Həmin obyektin fəaliyyəti də dayandırılıb, orada çalışan satıcı və fəhlə barədə inzibati qaydada tədbirlər görülüb.

İstinadlar Qafqazinfo