Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin rəisinə yeni müavin təyin edib.

Nazirin əmri ilə polis kapitanı Rauf Allahverdiyev Qaradağ RPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib. O, bu təyinatadək Səbail RPİ-nin Post-Patrul bölməsinin rəisi vəzifəsini tutub.

Qeyd edək ki, Qaradağ RPİ rəisinin keçmiş müavini polis polkovniki Oktay Süleymanlı Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin şəxsi heyət üzrə böyük köməkçisi təyin olunub.

İstinadlar Qafqazinfo