Kanadanın Ottava şəhərində və Ontario vilayətinin cənubundakı digər şəhərlərdə güclü küləklə müşayiət olunan şiddətli tufanlar nəticəsində 5 nəfər ölüb.

Bu barədə CTV kanalı məlumat yayıb.

Qeyd olunub ki, üç nəfər Kanadanın paytaxtı və onun ətraflarında, biri Bramptonda, digəri isə Kitçener şəhəri yaxınlığındakı düşərgədə həlak olub. Əksər hallarda ölümlərə səbəb ağacların aşması olub.

Vilayətdə 350 minə yaxın ev və digər tikililər elektriksiz qalıb.Bu rəqəm 176 minə çatır. Şəhərdə 200-ə yaxın elektrik dirəyi və yüzlərlə ağac aşıb.

İstinadlar Report