
Kanadanın Britaniya Kolumbiyası ştatının Prins Rupert şəhərində ticarət mərkəzində baş verən atışma nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb.
Bu barədə “Global News” telekanalı məlumat yayıb.
Atışma ilə bağlı çağırışa gələn polis əməkdaşları ərazidə meyit aşkarlayıb. Daha bir nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb.