Kanadanın Britaniya Kolumbiyası əyalətinin Selmon-Arm şəhər kilsəsində baş verən atışma nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.

Bu barədə CTV telekanalı məlumat yayıb.

Silahlı insident İsa Məsih kilsəsində olub. İbadət zamanı 25 yaşlı naməlum şəxs binaya daxil olaraq, iki nəfərə bir neçə dəfə atəş açıb. Onlardan biri hadisə yerində ölüb, ikinci xəstəxanaya yerləşdirilib. Polis atəş açan şəxsi saxlayıb. Onun adı açıqlanmır.

İlkin məlumata görə, polis cinayət hadisəsini saxlanılan şəxsin dini baxışları ilə əlaqələndirmir.

İstinadlar Report