Kanadanın Britaniya Kolumbiyası əyalətinin Pentikton şəhərinin müxtəlif hissələrində baş verən atışma nəticəsində 4 nəfər ölüb.

Bu barədə bazar ertəsi CTV telekanalı məlumat yayıb.

Atəş açan şəxs polis məntəqələrindən birinə gələrək, özü hüquq-mühafizə orqanlarına təslim olub.

Onun şəxsiyyəti açıqlanmır, lakin artıq məlumdur ki, o, yoldan keçənləri deyil, şəhərin iki ayrı rayonunda yaşayan tanışlarını qətlə yetirib.

İstinadlar Report