Kanadanın Kvebek əyalətində 4 uşaq balıq tutarkən onları su aparıb.

Hadisə Kot Nor bölgəsindəki Portnöf-Sür-Merdə Müqəddəs Lourens çayında 11 nəfərdən ibarət qrup suda olarkən baş verib.

Məlumata görə, güclü axın 4 uşaq və 30 yaşlı kişi olmaqla 5 nəfəri aparıb. Daha sonra xilasedicilər huşsuz vəziyyətdə olan uşaqları taparaq xəstəxanaya çatdırıblar və onların öldüyü məlum olub.

İstinadlar Report