Kanadanın Saaniç şəhərində bankı qarət etmək istəyən iki nəfər polis əməkdaşlarının açdığı atəş nəticəsində zərərsizləşdirilib.

Məlumatı CBC yayıb.

Qeyd olunub ki, hadisə zamanı 6 asayiş keçikçisi yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Bildirilib ki, qarət etməkdə şübhəli bilinən şəxslərin üzərində ağır silahlar və zirehli gödəkçələr olub.

Polis əməkdaşları daha bir qarətçinin olduğunu ehtimal edərək onun axtarışlarına başlayıb.

İstinadlar Report