Kanadada 200 avtomobilin iştirakı ilə kütləvi yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə yerli KİV məlumat yayıb.

“Monrealda onlarla avtomobilin iştirakı ilə baş verən kütləvi yol-nəqliyyat hadisəsində 60 nəfər xəsarət alıb. İnsanları hələ də avtomobillərdən çıxardırlar. Cənub sahədəki “15” nömrəli avtomobil yolu hər iki istiqamətdə bağlanıb” – deyə “CBC” kanalı özünün “Twitter” hesabında yazıb.

Daha sonra kanal yaralı sayının 69 nəfər olduğunu bildirib. Hadisəyə mürəkkəb hava şəraiti səbəb olub.

“Radio Canada”nın məlumatına əsasən, Monrealda 200 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Qeyd olunub ki, qəza baş verən əraziyə avtomobillərin yanacaqları tökülüb.

İstinadlar Report