Kanadanın Baş naziri Castin Trüdo və Polşa Prezidenti Andjey Duda Ukraynaya yardımın göstərilməsi məsələlərini müzakirə ediblər.

Bu barədə Kanada hökuməti başçısının mətbuat xidməti bildirib.

“Bu gün (20 aprel – red.) Baş nazir Castin Trüdo Kanada Qüvvələrinin Eskimaltdakı bazasında Polşa Prezidenti Andjey Duda ilə görüşüb”, – məlumatda nəql edilib.

Mətndə diqqətə çatdırılıb ki, tərəflər “Ukraynaya davamlı dəstəyini təsdiqləyib” və Kiyevə əlavə yardımın göstərilməsi variantlarını müzakirə ediblər.

Bundan başqa, Trüdo ilə Duda Kanada və Polşa arasında ikitərəfli əməkdaşlığı, həmçinin iyulda Vaşinqtonda keçiriləcək NATO sammiti ərəfəsində transatlantik əməkdaşlığın gücləndirilməsi mövzusu ətrafında fikir mübadiləsi aparıblar.

İstinadlar Report