Kanada hakimiyyəti Ukraynaya 500 milyon Kanada dolları (367 milyon ABŞ dolları) məbləğində hərbi yardım paketi təqdim etmək niyyətindədir.

Bu barədə “National Post” qəzeti məlumat yayıb.

Bildirilib, yeni yardım paketi NATO-nun Vaşinqtonda keçiriləcək sammitində Kanadanın Baş naziri Castin Trüdo tərəfindən açıqlanacaq. Hərbi yardımın təfərrüatları açıqlanmayıb.

İstinadlar Report