Kanada hakimiyyəti qışda istiliyə görə yanacaq almaq üçün Ukraynaya 450 milyon Kanada dolları (350 milyon dollar – Red) məbləğində kredit ayırıb.

Bu barədə Kanada Maliyyə Nazirliyinin rəhbəri və baş nazirin müavini Kristi Frilandın bəyanatında bildirilib.

“Bu gün baş nazirin müavini və maliyyə naziri Xristiya Friland qışdan əvvəl isitmə üçün lazım olan yanacağın alınmasına görə Ukraynaya 450 milyon dollar kredit ayrıldığını elan edib”, – sənəddə deyilir.

İstinadlar Report