Kanada hökuməti 2022-ci ildən bəri Ukraynaya dəstək üçün artıq 19 milyard Kanada dolları (13,6 milyard ABŞ dolları) ayırıb.

Bu barədə ölkənin Baş naziri Castin Trüdo Monrealda keçirilən NATO Parlament Assambleyasının 70-ci illik sessiyasında bildirib.

“Hazırkı münaqişənin başlanğıcından bəri hərbi xərclərə 4,5 milyard Kanada dolları (3,2 milyard ABŞ dolları) xərcləyərək Ukraynaya dəstəyimizi artırmışıq. Ümumilikdə isə Ukraynaya dəstək üçün artıq 19 milyard Kanada dolları (13,6 milyard ABŞ dolları) ayırmışıq”, – o deyib.

İstinadlar Report