Kanada Türkiyəyə silah tədarükünün dayandırılması barədə qərar qəbul edib.

Bu barədə “AFP” agentliyi Kanadanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, qərar rəsmi Ankaranın Suriyada apardığı hərbi əməliyyatın fonunda qəbul oluunb. Kanada XİN “Barış pınarı” antiterror əməliyyatını bölgədəki “sabitliyi pozan” hərəkət adlandırıb.

“Bununla əlaqədar Ottava, Türkiyəyə silah ixracına yeni lisenziyaların verilməsini müvəqqəti olaraq dayandırıb” agentlik bildirib.

İstinadlar Report