
Kanada hakimiyyəti milli səhiyyə sisteminin modernləşdirilməsinə 10 il ərzində 196,1 milyard Kanada dolları (145,8 milyard ABŞ dolları – Red) ayırmaq niyyətindədir.
Bu barədə Kanada hökumətinin yaydığı məlumatda deyilir.
Sənəd baş nazir Castin Trüdonun səhiyyə məsələlərinin müzakirə olunduğu Kanadanın bütün regionlarının nümayəndələri ilə görüşündən sonra dərc edilib.