Kanada sahilində 5,6 maqnitudalı zəlzələ olub.
Bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Xidmətin verilənlərinə görə, yeraltı təkanların episentri əhalisi təxminən 2 min nəfər olan Port-Makneyll şəhərindən 228 km qərbdə yerləşib. Zəlzələnin dərinliyi 10 km dərinlikdə olub.