Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin İranda şübhəli şəkildə dünyasını dəyişən Məhsa Əmininin ölümünə görə məsuliyyət daşıyan şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

“Biz İranın dəfələrlə insan haqlarına məhəl qoymadığını gördük, indi bunu Məhsa Amininin ölümü və etirazların yatırılması ilə görürük. Bu gün elan edirəm ki, biz həmin şəxslərə və təşkilata, o cümlədən İranın əxlaq polisi adlanan quruma qarşı sanksiyalar tətbiq edəcəyik”, – Trüdo deyib.

Qeyd edək ki, sentyabrın 13-də İranın paytaxtı Tehranda hicab qaydasını pozduğuna görə 22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfindən öldürülüb. Hadisə ölkədə geniş etiraz aksiyalarına səbəb olub. Təhlükəsizlik qüvvələri aksiyaları dağıtmaq üçün güc tətbiq edir. Nəticədə 41 nəfər öldürülüb.

Son məlumatlara görə, Məhsa Əmininin şübhəli ölümündən sonra başlayan etiraz aksiyalarında daha bir nəfər qadın – 20 yaşlı Hadis Nəcəfi təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak olub.

İstinadlar Report