Kanadanın Honkonqdakı konsulluğu Çin rəsmilərinin Şençjendə Britaniya konsulluğunun nümayəndəsi Saymon Çeni saxlamasından sonra yerli sakin olan əməkdaşlarına Çinin materik hissəsinə səyahət etməyi yasaqlayıb.

Bu barədə “South China Morning Post” qəzeti yazıb.

“Kanadanın Honkonqdakı Baş Konsulluğunda həm Honkonqda yerləşdirilən kanadalı diplomatlar, həm də yerli sakinlər çalışırlar. Hazırda yerli sakinlər Honkonqdan kənara rəsmi işgüzar səfərlər etməyəcəklər”, – Kanada konsulluğunun rəsmi nümayəndəsi bildirib.

İstinadlar Report