
Kanada hökuməti daha 8 fiziki və 2 hüquqi şəxsi İrana qarşı sanksiyalar siyahısına daxil edib.
Bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Rəsmi Ottavanın fikrincə, yeni “simalar” Tehranda və İranın şimal-qərbində kobud və sistematik insan hüquqları pozuntularına görə məsuliyyət daşıyırlar və İranda PUA və ballistik raketlərin istehsalı ilə məşğuldurlar.