Kanada bazar ertəsi insan hüquqlarının kobud şəkildə pozulmasına cavab olaraq İranın 25 fiziki və 9 hüquqi şəxsinə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

Bu barədə Kanadanın xarici işlər naziri Melani Jolinin bəyanatında deyilir.

“Kanada yeni sanksiyalar tətbiq edir. Bu sanksiyalar İranda törədilən kobud insan haqları pozuntularına, o cümlədən qadınların sistematik təqibinə, o cümlədən Məhsa Əmininin ölümü ilə nəticələnən əxlaq polisinin dəhşətli hərəkətlərinə cavabdır”, – məlumatda deyilir.

İstinadlar Report