Kanada hökuməti avqustun 19-dan tapança idxalını qadağan edəcək.

Bu barədə BBC məlumat yayıb.

Parlament ölkədə silah dövriyyəsi ilə bağlı ciddi yeni qaydaları, o cümlədən daimi idxal qadağasını qəbul edənə qədər bu tədbir qüvvədə qalacaq.

May ayında ABŞ-ın Texas ştatında orta məktəbdə 21 nəfərin ölümü ilə nəticələnən atışmadan bir neçə gün sonra Baş nazir Castin Trudeau Bill C-21 kimi tanınan qanun layihəsini təklif edib.

İstinadlar Report