Kanada rəhbərliyi cinayətlə mübarizədə Haiti hökumətinə kömək etmək üçün “CP-140 Aurora” kəşfiyyat təyyarəsindən istifadə etmək qərarına gəlib.

Bu barədə Kanada Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Qurum qeyd edib ki, təyyarə Latın Amerikası ölkəsinin hakimiyyət orqanlarının xahişi ilə “Kanadanın Haitidə banda fəaliyyətini dayandırmaq səylərini dəstəkləmək və Kanadanın Haiti xalqına sadiqliyini nümayiş etdirmək üçün” istifadə edilib.

İstinadlar Report