
Kanada hökuməti bəzi Amerika mallarına tariflərə altı aylıq fasilə tətbiq edəcək.
Bu barədə Kanadanın maliyyə naziri Fransua-Filip Şampanın bəyanatında bildirilib.
“Hökumət Kanada istehsalında, qida və içkilərin emalı və qablaşdırılmasında istifadə olunan, habelə ictimai sağlamlığı, ictimai təhlükəsizliyi və milli təhlükəsizlik maraqlarını dəstəkləmək üçün istifadə olunan mallar üçün ABŞ-dən idxal edilən malları müvəqqəti olaraq – altı ay müddətinə rüsumlardan azad etmək niyyətindədir”, – bəyanatın mətnində deyilir.