Kanada ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Kanada mallarına tariflər tətbiq edəcəyi halda bu ölkənin polad və keramika məhsullarına, o cümlədən unitaz və çanaqlara, həmçinin portağal şirəsinə ticarət rüsumlarının tətbiqini nəzərdən keçirir.

“Kanada Amerikada istehsal olunan geniş çeşidli mallara, o cümlədən portağal şirəsi, keramika məmulatları, məsələn, unitaz və çanaqlara, həmçinin bəzi polad məmulatlara cavab rüsumlarının tətbiqini nəzərdən keçirir”, – qəzetin materialında bildirilir.

Rüsumların tətbiq edilməsinin nəzərdə tutulduğu malların siyahısı hələ hazırlanma mərhələsindədir. Bundan başqa, Kanada hökuməti şüşə məmulatlar, güllər və bəzi plastik məmulatlara da tariflər tətbiq etməyi nəzərdən keçirir.

İstinadlar Report