Baş prokuror Kamran Əliyev paytaxtın Nəsimi rayonunda vətəndaşları qəbul edəcəkşş
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş prokuror Kamran Əliyev avqustun 9-da saat 10:00-da Nəsimi rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək: