İyunun 24-də Belarus Respublikasının paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyi İştirakçı Dövlətlərinin Baş prokurorlarının Əlaqələndirmə Şurasının 32-ci iclası keçirilib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib. 

MDB prokurorluq orqanlarının rəhbər şəxslərinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Şuranın iclasında K.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər barədə danışaraq cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılması mövzusunda çıxış edib. 

İclasda həmçinin MDB dövlətlərinin baş prokurorlarının və beynəlxalq təşkilatların rəhbərlərinin cinayətkarlığın müxtəlif təzahürlərinə qarşı prokurorluqların rolu haqda çıxışları dinlənilib.

Daha sonra təşkilati məsələlər müzakirə edilərək əməkdaşlıq haqqında müvafiq sənədlər imzalanıb. Katibliyin məsul vəzifələrinə seçkilər keçirilib. Baş prokuror Kamran Əliyev Şuranın “Qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə görə” medalı ilə təltif olunub. 
Şuranın 2023-cü ildə iclasının Bakı şəhərində keçirilməsi qərara alınıb.

11:31

Belarusunun paytaxtı Minskdə MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Koordinasiya Şurasının 32-ci iclası keçirilir.

Baş prokurorlar əvvəllər əldə olunmuş razılaşmaların icrasını müzakirə edəcəklər.

Qeyd edək ki, Koordinasiya Şurasının 32-ci iclası ərəfəsində Belarus Baş Prokurorluğunun nümayəndələri Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Ermənistandan olan həmkarları ilə ikitərəfli görüşlər keçiriblər.