“Respublika Perinetal Mərkəzdə, Binəqədidəki mebel sexində və digər yanğın hadisələri ilə bağlı təhlillər göstərir ki, burada səhlənkarlıq, vəzifə səhlənkarlığı, biganə yanaşma çoxdur”.

Bu sözləri Baş prokuror Kamran Əliyev jurnalist Mir Şahin Ağayevə müsahibəsində deyib.

O, bu cür halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görüldüyünü bildirib.

Qeyd edək ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində baş verən yanğından sonra ümumilikdə 6 körpə həlak olub. Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexindəki partlayışda isə 10 nəfər ölüb, 23 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İstinadlar Qafqazinfo