Portuqaliya Kubokunda 1/32 final mərhələsinin oyunları davam edir

Kamran Ağayevin şərəfini qoruduğu “Boavista” “Leiria” ilə qarşılaşıb. Millimizin qapıçısı üçün Portuqaliya Kubokundakı debüt uğurlu alınıb. Görüş “damalılar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, sözügedən komanda 1/16 finalda “Santa İria” – “Gimarayş” cütünün qalibi ilə üz-üzə gələcək.